100 "Maserati" 18 saniyədə qurtardı

İnternet yolu ilə satışa çıxarılan dünyanın ən lüks maşınlarından biri hesab edilən 100 "Maserati" 18 saniyədə satıldı. Avtosfer.az anspress-ə istinadla verdiyi məlumata görə, "Levante" markalı maşının qiyməti 72 min dollardan başlayıb. Maşının özü isə Çində iyul ayından satışa çıxarılacaq.
Maraqlısı odur ki, Çində iqtisadi artımın yavaşlaması, hökumətin rüşvət, korrupsiya ilə mübarizəni gücləndirməsi və dəbdəbəli həyat tərzi sürənlərə ciddi nəzarət etməsi səbəbindən lüks maşınların satışı son illərdə azalıb.
Ancaq lüks firmalar, o cümlədən İtaliya avtomobil istehsalçısı "Maserati" kimi firmalar Çin bazarında böyüməyi hədəflədiyi üçün internet üzərindən satışa başlayıblar. Çin 700 milyon internet istifadəçisi ilə dünyanın ən böyük e-ticarət və avtomobil bazarına sahibdir.
Bu arada, "Maserati" qəza riski ehtimalı olduğu üçün 21 min maşını bu ölkədən geri çağırıb.
Ölkə mediasında yer alan məlumata görə, söhbət markanın "Quattroporte" və "Ghibli" modellərindən gedir.
Çin Standartlar Qurumu problemin qaz pedalında olduğunu açıqlayıb. Belə ki, maşın hərəkətdə olanda pedal tutulur və risk meydana gəlir.
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO










