20 Yanvar dairəsi ilə bağlı rəsmi açıqlama – VİDEO-FOTO

Bakı Nəqliyyat Agentliyinin nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinə hesablanan daha bir layihəsi uğurla həyata keçirilir. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, söhbət 20 Yanvar dairəsində mütəmadi müşahidə olunan nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı təkliflərin reallaşdırılmasından gedir. Təkliflər hazırlanarkən Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri ərazidə kompleks araşdırma aparıb, nəqliyyat axını hərtərəfli təhlil edilib. Layihə çərçivəsində ilkin olaraq Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi 20 Yanvar dairəsində müəyyən edilmiş yerlərə sfetoforların qoyulmasını təmin edib. Bir qismi artıq reallaşan və 20 Yanvar dairəsində nəqliyyat vasitələrinin hərəkətində konflikt nöqtələrinin və ləngimələrin aradan qaldırılmasına səbəb olan həmin təklifləri təqdim edirik.
1 - Dairədə nəqliyyat axınının svetofor vasitəsilə 2 fazalı rejimdə idarə edilməsi;
2 - Moskva prospektindən dairəyə daxil olan yolda hərəkət zolaqlarının sayının artırılaraq 6 zolağa çatdırılması;
3 - Moskva prospektindən Tbilisi prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin dairəvi hərəkət hissəsində istiqamətləndirici adacıq yerləşdirməklə Həsən bəy Zərdabi küçəsi vasitəsilə Tbilisi prospektinə yönləndirilməsi;
4 - Müzəffər Həsənov küçəsindən dairəyə daxil olan yolun hərəkət istiqamətini tam olaraq dairəvi hərəkət hissəsində istiqamətləndirici adacıq yerləşdirməklə Həsən bəy Zərdabi küçəsinə yönləndirilməsi;
5 - Müzəffər Həsənov küçəsindən Həsən bəy Zərdabi küçəsinə yönləndirilmiş nəqliyyat axının dairəyə daxil olmasını təmin etmək məqsədilə Zərdabi küçəsində yolu genişləndirməklə minik avtomobilləri üçün damla tipli, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün yarımdamla tipli geriyə dönmə yerinin təşkil edilməsi;
6 - Həsən bəy Zərdabi küçəsindən dairəyə daxil olan nəqliyyat axınının Moskva propsketindən daxil olan axınla qovuşma zolağında istiqamətləndirici adacıq yerləşdirməklə Həsən bəy Zərdabi küçəsindən hərəkət edən nəqliyyat vasitələrinin 3-cü mikrorayon dairəsi istiqamətində yönləndirmək.
Elmin
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir
Yaponiyanın üç iri avtomobil şirkəti birləşir?
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
"Nissan"ın bu modellərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır
PPF örtüyü avtomobil boyasını nə dərəcədə qoruyur? – VİDEO


















