"20 Yanvar" dairəsində "avtomobil müharibəsi"nə son qoyulur

Bakının "20 Yanvar" dairəsində avtonəqliyyat vasitələrinin hərəkətinə dəyişiklik edilə bilər. Həmin ərazidə hərəkətin işıqforlarla tənzimlənməsi nəzərdə tutulur və artıq bir neçə işıqfor quraşdırılıb. Avtosfer.az xəbər verir ki, məsələyə aydınlıq gətirən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, dəyişikliyin məqsədi təhlükəsizliyin təmin edilməsi, avtomobillərin keçmə növbəliyində yaranan süni sıxlığın aradan qaldırılmasıdır. V.Əsədov bildirib ki, həmin ərazidə işıqforlar quraşdırılsa da, hələ işə salınmayıb. Onun sözlərinə görə, yaxın vaxtlarda işıqforlar işə salınacaq: “Bir neçə gün ərzində müşahidələr aparılacaq. Əgər özünü doğrultsa, həmin ərazidə işıqforlar daimi qalacaq, əks halda başqa tədbir görüləcək”.
Qeyd edək ki, bir müddət öncə Yasamal rayonunda "Beşmərtəbə" adlanan dairədə süni sıxlığın aradan qaldırılması üçün həmin dairədən Azərbaycan prospekti ilə avtomobillərin hərəkəti üçün yeni yaradılmış zolaq bir neçə gün aparılmş müşahidələrdən sonra daimi istifadəyə verilib.
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?










