"20 Yanvar" dairəsində dəhşətli tıxac - Yol genişləndirilir - FOTO-VİDEO

Bakı şəhərinin şimal girişi olan Moskva prospektində yenidənqurma işlərinə start verilib. Məqsəd Sumqayıt şəhərindən və Bakının şimal istiqamətindən şəhərə daxil olan sürücülərin rahatlıqla “20 Yanvar” dairəsinə çıxmasını təmin etməkdir. Hazırda Moskva prospektindəki tuneldən şəhər istiqamətində gələrək körpüyə çıxmadan sağa - “20 Yanvar” dairəsinə tərəf hərəkət etmək üçün bir zolaqdan ibarət şaxələnmə yeri mövcuddur. Bu gündən başlanan işlərin nəticəsində həmin şaxələnmə yeri genişləndirilərək iki zolaqlı ediləcək. Nəticədə, tuneldən çıxaraq “20 Yanvar” dairəsinə tərəf hərəkət etmək istəyən sürücülərin həmin şaxələnmə yeri qarşısında yaratdığı tıxac və ləngimə əhəmiyyətli dərəcədə aradan qaldırılacaq.
“Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli Avtosfer.az saytına bildirib ki, bu layihə uzun müddətdir ki, müzakirə olunur və bugün icrasına start verilib. Ərazidə sıxlığı nəzərə alaraq işlərin ən qısa zamanda başa çatdırılması nəzərdə tutulur. Bundan sonra sürücülər əsas yoldan köməkçi yola çıxarkən bir yox, iki zolaqdan istifadə edə biləcəklər.
Qeyd edək ki, bu gün səhər saatlarından həmin istiqamətdə təmir işləri başladığı üçün “20 Yanvar” dairəsinə çıxış məhdudlaşdırılıb. Buna görə də Beynəlxalq Avtovağzalın qarşısından Nəqliyyat Nazirliyinə qədər tıxac yaranıb. Avtosfer.az saytı sürücülərdən bunu nəzərə almağı xahiş edir.
İşlərin başa çatmasından və müvafiq nişanlar və nişanlama xətləri tətbiq edildikdən sonra həmin yerdə nəzarət kameraları da quraşdırılacaq. Ona görə də sürücülər sağa çıxmaq üçün əvvəlcədən düzgün mövqe seçməlidirlər.
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var



















