2600-ə yaxın sərxoş sürücü cərimələndi - Bakıda

Yanvarın 1-dən fevralın 25-dək Bakı şəhəri üzrə 96 yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. V.Əsədov bildirib ki, qəzalar nəticəsində 25 nəfər həlak olub, 112 nəfər isə müxtəlif xəsarət alıb. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 8 fakt, iki ölüm və 14 xəsarət faktı artıb. V.Əsədov bildirib ki, bu rəqəm artıq ciddi narahatlıq doğurur və əlavə tədbirlərin görülməsinə zərurət yaradır. Bölmə rəisi bildirib ki, təhlükəsizliyin təmin edilməsi ilə bağlı 124 min inzibati protokol yazılıb. Onun sözlərinə görə, protokollardan 2600-ə qədəri sərxoş sürücülər, 34-ü isə avtoxuliqanlarla bağlıdır: “Ən çox qayda pozuntusu ötmə, manevr etmə və yol ayrıcı qaydalarının pozulmasıdır. Bundan əlavə, mərkəzi məlumat sistemi vasitəsilə elektron qaydada 99 min protokol tərtib edilib”.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










