50 il əvvəl azərbaycanlılar xaricə BELƏ NÖMRƏLİ avtomobillərlə gedirdilər - FOTO

Azərbaycan qanunvericiliyinə görə (sərhədlər bağlı olmadığı müddətdə) istənilən vətəndaş ölkəni şəxsi avtomobili ilə tərk edə və qayıda bilər. Bunun üçün heç bir xüsusi icazə tələb olunmur. Amma sovet vaxtı belə deyildi.
Avtosfer.az-ın xəbərinə görə, artan tələbat nəzərə alınaraq ötən əsrin 50-ci illərindən Sovet İttifaqında xaricə müvəqqəti səfər üçün “çıxış nömrə nişanları” verilməyə başladı. Təbii ki, bunu da hər adama vermirdilər. Bu nişanlar həm ümumittifaq, rəm də yerli xarakter daşıyırdı. Məsələn, yarış avtomobilləri hansı respublikadan olursa olsun ABO və ABT seriyası ilə verilirdi.
Azərbaycan SSR-də 1958-ci ildən etibarən xaricə gedən avtomobillərə (təbii ki yük avtomobilləri) AAH seriyalı nömrələr verilməyə başladı. Hərflər bir qayda olaraq latın hərflərindən qrafika baxımından seçilməyən kiril əlifbası hərflərindən ibarət olurdu.
1977-ci ildə avtomobil nömrələri sırasına KAA seriyası əlavə olundu. Bu dəfə qoşqular üçün EP seriyası da əlavə edildi.
Bu nömrələr 90-cı illərin ortalarınadək yollarda dolaşdı. İndi isə avtomobil kolleksiyaçılarının maraq obyektidir.
Vüqar
Azərbaycan avtomobil idxalında tarixi zirvəyə çatdı - STATİSTİKA - FOTO
"VAZ" avtomobilləri üçün yeni disklər - FOTO
"BYD" milyardlıq vədlərini yerinə yetirmir
Xaricdən avtomobil gətirənlərin sayı niyə kəskin azalıb? - VİDEO
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat













