60 minə 62 illik avtomobil satılır - FOTO

Tovuz sakininin həyətində 62 "yaşlı" unikal retro avtomobil var. Əvvəlcə "onu heç vaxt satmaram" dedi. Amma sonra bir qədər düşünüb əlavə etdi: "60 min manat verən olsa, bəlkə də fikrimi dəyişdim". Söhbət unikal retro avtomobildən gedir.
Avtosfer.az kəpəztv-yə istinadən xəbər verir ki, Tovuz sakini sevimli maşınını bu günümüzə çox yaxşı vəziyyətdə gətirib çıxara bilib. İstehsal ilini görüb, avtomobilə baxanda insanda bir qədər təəccüb yaranır. 1954-cü ilin buraxılışı belə saz vəziyyətdə qalar? Bəli, Aslan İsmayılov "Moskviç-401" modellini keçmişdən gələcəyə gətirə bilib, özü də işlək vəziyyətdə. Görənlərin diqqətini çəkən avtomobil digər modellərdən mühərrikin gücünə görə fərqlənir. Aslan kişi deyir ki, "VAZ" markalı maşınların gedə bilmədiyi yolları "Moskviç-401"lə rahat qət edə bilir.
Gənc yaşlarından Rusiyanın müxtəlif şəhərlərində sürücülük edən Yuxarı Öysüzlü kənd sakini bu ölkədə istehsal edilən avtomobillərin həvəskarıdır. Hazırda Aslan İsmayılovun həyətində "Moskviç-401"lə bərabər, "VAZ 21011", "VAZ 2107" də dayanıb. 62 yaşlı "Moskviç"ə gəldikdə isə sürücü əmin edir ki, onun hər hansı bir detalı dəyişdirilməyib. Aslan İsmayılov sevimli avtomobilinin sükanını heç kimə etibar etmir. Amma 60 min manat verən olsa, fikrini dəyişə bilər. Maraqlıdır ki, bu yığcam, yanacağa qənaətli avtomobil yalnız 1955-ci ilə qədər istehsal olunub. İndi "Moskviç-401"in belə saz vəziyyətdə olan nümunəsinə isə çox nadir hallarda rast gəlinir.




W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










