8 kəndi birləşdirən avtomobil yolu tikilir

Xaçmaz rayonunda inşa olunan Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yoluna asfalt-beton örtüyünün döşənməsi işlərinə fevral ayından başlanılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol yatağının genişləndirilərək yenidən qurulması yanvar ayının sonuna kimi yekunlaşdırılacaq. Bundan sonra asfaltlanmaya başlanılacaq.
Səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun uzunluğu 29 kilometrdir.
Müasir standartlara cavab verən ikizolaqlı avtomobil yolu dördüncü texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsinin eni 6, yol çiyinləri ilə birlikdə isə 10 metr olacaq. Tikinti zamanı qrunt sularının axıdılması üçün lazım olan yerlərdə suötürücü qurğular yerləşdiriləcək. Yolun tikintisi aprel ayınadək başa çatdırılacaq. Yeni çəkilən yolun müvafiq yerlərində yol nişanları qoyulacaq.
Xatırladaq ki, Xaçmaz rayonunun Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi üçün Azərbaycan Prezidentinin Sərəncamına əsasən 10,1 milyon manat vəsait ayrılıb.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












