ABŞ və Çinin məşhur avtomobil şirkətləri danışıqlar aparır - KİV

ABŞ-nin "Ford" və Çinin "Geely" şirkətləri mümkün strateji tərəfdaşlığı müzakirə edirlər. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" danışıqlarla tanış olan bir neçə mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, buraya istehsal müəssisələrinin və texnologiyanın paylaşılması da daxil ola bilər. Xüsusilə, "Geely" Avropadakı "Ford" zavodlarında bu regionun bazarı üçün avtomobillər istehsal etməyi düşünür. Danışıqlar, həmçinin texnologiyaların birgə inkişafını da əhatə edir. Müzakirələrin ən inkişaf etmiş mərhələsi Avropada istehsalla bağlıdır. Xəbərdə bildirilir ki, "Ford" Miçiqan ştatında "Geely" rəhbərliyi ilə görüşlərdən sonra danışıqları davam etdirmək üçün Çinə nümayəndə heyəti göndərib. Mənbələr vurğulayıblar ki, danışıqlar bir neçə aydır davam edir, lakin ABŞ bazarı da daxil olmaqla, ortaq razılıqla bağlı məlumat yoxdur. "Ford"un bu potensial əməkdaşlıq üçün məqsədi Çin şirkətlərinin hazırda liderlik etdiyi elektrikləşdirilmiş və qoşulmuş nəqliyyat vasitələri texnologiyalarının inkişafını sürətləndirməkdir.
Qeyd olunur ki, "Geely" üçün "Ford"un Avropadakı zavodlarında avtomobil istehsalı, Aİ tariflərinin Çin elektrik maşınlarına təsirini azaldacaq (2024-cü ildən 37.6%-ə qədər). Eləcə də Çin şirkətinin Avropa bazarındakı iştirakını genişləndirəcək. "Ford"un İspaniyanın Valensiya şəhərindəki ərazisi bu istehsal müəssisəsi üçün ən çox ehtimal olunan yer hesab olunur. "Geely" beynəlxalq tərəfdaşlıq strategiyasından fəal şəkildə istifadə edir: Şirkət artıq Cənubi Koreya və Braziliyada "Renault" ilə əməkdaşlıq edir və brend portfelinə "Zeekr", "Lynk & Co.", "Volvo" və "Lotus" daxildir. "Ford" və "Geely" danışıqların detalları barədə şərh vermirlər. "Ford" məsələ ilə bağlı standart açıqlama ilə kifayətlənib: "Biz bir çox şirkətlə müxtəlif məsələlər üzrə müzakirələr aparırıq. Bəzən bunlar razılığa gətirib çıxarır, bəzən isə yox".
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












