Adam vuran ''Range Rover''in sürücüsü xanım imiş - FOTO

Bakıda iki gün əvvəl ''Range Rover'' markalı avtomobilin piyadanı vurub qaçması barədə xəbər vermişdik. İyunun 5-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ''Range Rover'' markalı avtomobil Yavər Əliyev küçəsindəki piyada keçidində yolu keçmək istəyən kişini vurub. Zərbənin təsirindən piyada hadisə yerindən bir neçə metr kənara düşüb. Yaralı ağır vəziyyətdə təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Avtomobil isə gəldiyi sürətlə də hadisə yerindən qaçıb. Criminal.az-ın əldə etdiyi məlumata görə, ''Range Rover''in sükanı arxasında xanım olub. Sabunçu rayon Polis İdarəsindən maşının sükanı arxasında xanım sürücü olduğu təsdiqlənsə də, onun qaçmasını təkzib etdilər. Bildirildi ki, sürücü piyadanı vuran an qorxub və avromobili hadisə yerindən kənarda saxlayıb. Lakin polis xanım sürücünün kimliyini açıqlamır. 3 saylı Şəhər Xəstəxanasından isə bildirildi ki, yaralının vəziyyəti ağır olaraq qalır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR














