Aeroport yolunda ağır qəza – Yaralılar yol kənarına səpələnib - YENİLƏNİR+VİDEO

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən son məlumata görə, Bakıda avtobus qəzasında yaralıların sayı 21 nəfərə çatıb. Onlardan 1 nəfər ilkin yardım göstərildikdən sonra evə buraxılıb.
***
Bakıda dəhşətli avtobus qəzasının ilkin səbəbi məlum olub. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəzaya səbəb "Toyota Prado" markalı minik avtomobilinin sürücünün idarəetməsindən çıxması olub. Belə ki, 90-EJ-790 dövlət nömrə nişanlı "Toyota Prado" yüksək sürətlə avtobusun arxa hissəsinə çırpılıb. Bundan sonra isə avtobus hərəkətdə olan 90 EE 706 nömrə nişanlı "Chevrolet"ə çırpılıb.
***
Bakıda dəhşətli yol qəzası baş verib. Avtosfer.az-ın hadisə yerindən verdiyi ilkin məlumata görə, qəza Aeroport yolunda – «Buta» Palace-a yaxın ərazidə baş verib. «Toyota Prado», «Chevrolet», «Daevoo», 160 nömrəli sərnişin avtobusu və daha bir mikroavtobusun toqquşması nəticəsində onlarla yaralı var. Yaralılar yol kənarındakı çəmənliyə səpəlinib. Qəzaya düşən avtomobillərdən biri Prezidentin Mühafizə Xidmətinə məxsusdur.
Hadisə yerinə polis və təcili yardım qüvvələri cəlb olunub. İlkin məlumata görə, qəzaya səbəb «Prado»nun yoldan çıxaraq səkidən keçib qarşı yola çıxmasıdır. Hazırda araşdırmalar davam edir.
Avtosfer.az hadisə yerindən çəkilmiş videoları təqdim edir:
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı

















