Aeroport yolunda yarışan sürücülər Suraxanıda saxlanıldı - VİDEO

Avtoxəbər 15 May 2024 10:27 Oxunub 1066
Aeroport yolunda yarışan sürücülər Suraxanıda saxlanıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Suraxanı rayonunda sürət yarışı keçirən sürücülər saxlanılıb. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər DYP İdarəsindən vverilən məlumata əsasən, "Mercedes" markalı, 77-YG-294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kərimov Mehdi Tahir oğlu və "Mercedes" markalı, 11-BH-180 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Abbasov Sadiq Famil oğlu avtoxuliqanlıq hərəkətləri etdikləri üçün Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücülər barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarına əsasən sürücü M.Kərimovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla iki min manat, S.Abbasovun isə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla iki min beş yüz manat məbləğində cərimə olunublar.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh