Ağaclar insanları avtomobildən uzaqlaşdırır – TƏDQİQAT - FOTO

“Əgər bir adam bir neçə ilərzində 2 ağac əkib böyütsə Bakıda nə qədər meşə və park yarana bilər”.
Yəqin Ümummilli Liderin bu sözlərini çoxları xatırlayır. Heydər Əliyev prezident olduğu dövrdə yaşıllaşdırma işinə ciddi fikir verirdi. İndi bu siyasət artıq ənənəyə çevrilib.
Bəs ağac təkcə gözəllik və oksigen mənbəyidirmi? Doğrudur, bitkilər gözəllik və oksigen mənbəyidir. Lakin bu, bitkilərin yeganə funksiyası deyil. Ağaclar iqlim dəyişikliyi ilə mübarizənin də vacib komponentidir. Bunu müxtəlif illərdə aparılmış tədqiqatlar da sübut edir
Təcrübə göstərir ki, 1 hektar yaşlı, böyük ağacları olan meşə 200-300 metr radiusda əkin sahələrinin məsuldarlığına, küləkdən qorunmasına kömək edir. Meşəlik ərazilərdə və ağacın kölgəsində sərinliklə yanaşı, xoş rütubət də olur. Agaclar Günəşdən gələn və hər il intensivləşən istiliyi udmaqla yerdəki bütün canlı alımin yaşamını davam etdirməsinə yardımçı olur.
Lakin bu günlərdə Latın Amerikası ölkələrində bir neçə universitetin müxtəlif ölkələrdəki birgə araşdırması maraqlı faktı üzə çıxarıb. Məlum olub ki, evinin yanında maraqlı park olan şəxslər yaxın məsafəyə maşından istifadə etmirlər. Əgər kiminsə qət edəcəyi məsafə bir neçə yüz metrdirsə: evi parkın və ya bağın yanında olan sakinlər yaxın məsafəyə piyada gedirlər. Cənubi Amerika və Avropanın bir çox şəhərində bu situasiya artıq normaya çevrilib.
Lakin yaşadığı yerdə betonlaşma gedən şəhərlərdə (məs: Körfəz ölkələri) insanların avtomobildən ifrat istifadəsi həyt tərzi olub. Sakinlərin qısa məsafəyə maşın sürmədiyi şəhərlərdə tıxacla yanaşı, oturaq həyat tərzindən qaynaqlanan xəstəliklər də azdır.
Tədqiqat müəllifləri belə bir nəticəyə gəlirlər ki, şəhərdə ağacların çoxluğu insanların piyada gəzməyə marağını artırır. Həm də bu metod inzibati üsullardan (hansısa küçədə hərəkəti qadağan etmək, avtomobillərə məhdudiyyət qoymaq və s.) daha çox səmərə verir. Obrazlı desək, ağaclar insanları avtomobildən uzaqlaşdırır.
Azərbaycana qayıtsaq: Əmin ola bilərik ki, bu gün müxtəlif kampaniyalar çərçivəsində əkilmiş ağac və kollar səmərəsini 5-6 ildən sonra hamı görəcək. Həm də sözün bütün yaxşı mənalarında.
Vüqar
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO
“Tesla” 2 modelin istehsalını dayandırdı - FOTOLAR
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ
Azərbaycana maşın gətirənlərin nəzərinə - Yeni tələb
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı
Yanacağın qiymətinin artırılmasına məhdudiyyət əks nəticə verdi










