Ağdam minaların qənimi “Bozena-5”lə təmizlənir - Özəllikləri - FOTO - VİDEO

İşğaldan azad edilən ərazilərimizin minalardan təmizlənmə prosesi davam edir. Ötən gün də Ağdam şəhərinə gedən yolunun ətrafında minatəmizləmə əməliyyatı keçirilib. Artıq 7 kilometr uzunluğunda avtomobil yolu və onun kənarları tam təmizlənib. Hazırda həmin yolun kənarında kommunikasiya xətlərinin çəkilməsi üçün təmizləmə işləri həyata keçirilir.
Avtosfer.az "Qafqazinfo"-ya istinadla xəbər verir ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Ağdamda ərazilərin minalardan təmizlənmə prosesində “Bozena-5” markalı mexaniki minatəmizləyən maşınından da istifadə edir.
20 noyabr 2020-ci il - Ağdam

Sözügedən texnika ictimaiyyətdə maraqla qarşılandığından onun özəlliklərini təqdim edirik:
“Bozena-5” Slovakiyanın “Slovak Way Industries” şirkəti tərəfindən istehsal edilib. Azərbaycan bu texnikaları 2008-ci ildə əldə edib. Həmin il ilk olaraq 5 ədəd “Bozena-5” alınıb.
Bu texnikadan piyada və tank əleyhinə minalardan ərazilərin təmizlənməsində istifadə edilir. “Bozena-5” 5 km uzaqlıqdan idarəedici bir maşındır. Həmin məsafədən idarə edilmə müddəti 11 saatdır.

Ümumi çəkisi 12 ton olan “Bozena-5”in qiyməti 1,5 milyon dollar civarındadır. Minalı ərazilərdə 2,6 enində koridor aça bilən texnikanın ön hissəsində dəqiqədə 400-500 dövrə vuran 52 zənciri var. Zəncirlərin arxas hissəsində olan lövhə isə zirehlidir. “Bozena-5”in maksimum sürəti saatda 9 km-dir. Texnikanın minalardan təmizlənmə dərinliyi 300-350 mm-ə qədərdir.
Qeyd edək ki, ANAMA-nın ixtiyarında “Bozena-4” minatəmizləmən maşınlardan da var.
Yolayrıcında iki pikap toqquşdu; sürücülərdən biri öldü - VİDEO
Yeni avtomobillərin qiyməti bahalaşır
Təzə avtomobillərin bahalaşmasına daha bir səbəb
Müasir avtomobillər xüsusi xidmət orqanlarının diqqət mərkəzində
Nadir "Bugatti"nin hərracda rekord qiymətə satılması gözlənilir - FOTO
Sərxoş sürücünün “dəlili”: Siqaretin dəmi gəlmişdi
Avtomobil bazarında "Çin tapmacası" - Qiymətlər niyə artmır?
Bu avtomobillərə tələbat artacaq - Bahalaşma gözlənilir?
Azərbaycanda avtomobilləri daha da bahalaşdıracaq HADİSƏ
Elektromobilin gediş ehtiyatını artıran qoşqu
20 ilin “Toyota”sı Çin avtomobilindən daha səmərəli işlədi








