Ağdamdan çıxan ermənilər evləri, mağazaları yandırırlar - VİDEO

Ermənilər işğal etdikləri Ağdamı da tərk edərkən evlərə və mağazalara od vururlar.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ağdamın Boyəhmədli kəndində yaşayan Armen adlı şəxs özünün evini və ərzaq dükanını yandırıb.
O, 10 ildir, bu kənddə yaşadığını, evinin və dükanının azərbaycanlılara qalmaması üçün bu addımı atdığını bildirib.
Kəndin digər sakinləri də əllərinə keçən əşyaları özləri ilə aparır, yerdə qalanlara isə od vururlar.
Qeyd edək ki, ermənilər işğal etdikləri Kəlbəcəri də tərk edərkən evlərə, meşələrə od vurub, dükanları, elektrik yarımstansiyalarını söküb dağıdıblar.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanmış bəyanata əsasən, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu boşaltmalı olsa da bu tarix noyabrın 25-dək uzadılıb. Ermənistan Ağdam rayonunu 20 noyabr 2020-ci il tarixinədək və 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu Azərbaycan Respublikasına qaytarmalıdır.
Yolayrıcında iki pikap toqquşdu; sürücülərdən biri öldü - VİDEO
Yeni avtomobillərin qiyməti bahalaşır
Təzə avtomobillərin bahalaşmasına daha bir səbəb
Müasir avtomobillər xüsusi xidmət orqanlarının diqqət mərkəzində
Nadir "Bugatti"nin hərracda rekord qiymətə satılması gözlənilir - FOTO
Sərxoş sürücünün “dəlili”: Siqaretin dəmi gəlmişdi
Avtomobil bazarında "Çin tapmacası" - Qiymətlər niyə artmır?
Bu avtomobillərə tələbat artacaq - Bahalaşma gözlənilir?
Azərbaycanda avtomobilləri daha da bahalaşdıracaq HADİSƏ
Elektromobilin gediş ehtiyatını artıran qoşqu
20 ilin “Toyota”sı Çin avtomobilindən daha səmərəli işlədi










