Ağdaşda avtomobil çevrildi: ata və oğlanları xəsarət aldılar

Ağdaş rayonunda bir ailənin 3 üzvünün ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Avtosfer.az apa-ya istinadən bildirir ki, hadisə bu gün səhər saat 7:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 235-ci kilometrliyində, Ağdaşın Xosrov kəndi ərazisində qeydə alınıb. Mingəçevir şəhər sakini, 1964-cü il təvəllüdlü Həsənov Nurəddin Soltan oğlunun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili yoldan çıxaraq çökək əraziyə aşıb.
Hadisə zamanı sürücü Nurəddin Həsənov və iki oğlu, 1992-ci il təvəllüdlü Nurlan Həsənov, 1990-cı il təvəllüdlü Müşfiq Həsənov ağır bədən xəsarətləri ilə Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












