“Ağıllı” şəhərin tikintisi başladı - FOTOLAR

“Panasonic” istehlak elektronikası istehsal edən məşhur şirkətlərdən biri olsa da, son illərdə yüksək texnokloji şəhər dizaynları istiqamətində inkişaf edir. “Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, şirkətin bu sahədə ən böyük layihəsi 2026-cı ildə sonlanması planlaşdırılan və ABŞ-da tikiləcək “ağıllı” şəhərdir. Bu layihə “Panasonic” şirkətinin “CityNow” adlı böyük proqramının bir hissəsidir. Məlumata görə, layihə Kolorado ştatındakı Denver adlı hava limanına yaxın ərazidə reallaşdırılacaq. 162 hektarlıq boş ərazidə artıq pulsuz Wi-Fi qovşağı, işıq diodlu küçə fənərləri, havanın çirklənməsini ölçən ötürücülər, günəş panelləri və izləmə kameraları yerləşdirilib.
Elektroenerjinin kəsilməsi halında rayon 72 saat ərzində avtonom şəkildə var ola biləcək. “Ağıllı” şəhərin funksionallığında əsas rolu pilotsuz nəqliyyat növləri oynayacaqlar. Artıq yaz fəslində orda pilotsuz avtobuslar istifadəyə veriləcək. Gələcəkdə ərazinin 24 km-lik şossesində yüksək texnoloji “Road X” sistemi quraşdırılacaq. Həmin sistem pilotsuz avtomobillərlə məlumat mübadiləsi aparacaq və məsələn, avtomobillərə optimal yolu məsləhət görəcək. Layihənin bu hissəsinin qiyməti 72 milyon dollardır və ABŞ-ın Nəqliyyat Nazirliyi ilə birlikdə hazırlanır. Yeni texnologiyalar Denver ərazisi sakinlərinin həyatlarını sadələşdirəcək. Məsələn ağıllı fənərlər enerjinin az miqdarda sərf olunmasını təmin edəcək və “işıq çirklənməsi”nin qarşısını alacaq. Kolorado ştatının paytaxtının əhalisi hər il 15 min insan şəklində artır. Bu cür göstərici isə yollarda tıxac və əlverişli yaşayış yerlərinin tapılması problemlərini yaradır.
Yeni rayonda olacaq innovasiyalar bu cür problemləri aradan qaldıracaq. Layihənin uğurlu olacağı halında bu cür şəhərlər ABŞ-ın digər yerlərində də yaradıla bilər.





Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












