"Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar? - Baha başa gələn ...

"Aİ-92" və "Aİ-95" markalı benzinləri qarışdırmaq avtomobil sürücüləri arasında ən çox müzakirə olunan mövzulardan biridir. Avtosfer.az xəbər verir ki, fərqli oktanlı yanacaqların bir-birinə qatılması texniki cəhətdən mümkün olsa da, lakin bunun daimi vərdişə çevirmək olmaz. Hər bir avtomobilin mühərriki zavod tərəfindən konkret bir benzin növü üçün hazırlanır. Bu iki yanacağı qarışdırdıqda mühərrik dayanmır və maşın hərəkət edir, lakin yanacağın keyfiyyəti dəyişir.

Əgər avtomobilinizin kitabçasında "yalnız 95 tökün" yazılıbsa, onu "92" ilə qarışdırmaq mühərrikin gücünü azaldır və daxildə kiçik partlayışlara (detonasiyaya) səbəb olur. Bu isə zamanla mühərrikin detallarını sıradan çıxarır. Amma köhnə model maşınlara yüksək keyfiyyətli benzin qatmağın heç bir qorxusu yoxdur, sadəcə bu, sürücü üçün əlavə xərc deməkdir. Vurğulanır ki, yolda qaldığınız fərqli vəziyyətlərdə və ya çarəsiz qaldıqda bu iki benzini qarışdırmaq olar, bununla maşın xarab olmaz.

Lakin mühərrikin uzunömürlü olması üçün zavodun tələb etdiyi yanacaqdan istifadə etmək ən təhlükəsiz yoldur. Çünki müntəzəm olaraq fərqli benzinləri qarışdırmaq yanacaq sisteminin təmizliyini pozur və gələcəkdə baha başa gələn təmirlərə yol açır.
Qeyd edək ki, sürücülərə hər zaman eyni yanacaq növündən və etibarlı yanacaqdoldurma məntəqələrindən istifadə etmək tövsiyə olunur. (Milli.az)
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Alverçilərə pis xəbər — Maşında problem çıxsa...
Xaricdən avtomobil sifariş etmək istəyənlər üçün VACİB XƏBƏR
Bu şəxslər maşın sürərkən təhlükəsizlik kəməri taxmaya bilərlər
Yeni nəsil nəqliyyat vasitələrində gözlənilməz zəiflik aşkarlandı - Süni intellekt əsaslı ...
Avtomobil akkumulyatorunun ömrünü necə uzatmaq olar?
"BMW" və “Mercedes”lərin satışlarının qadağan edilməsi istənilir
Maşın nömrələrini gizlədən qurğu - Alanları hansı cəza gözləyir? - VİDEO










