"Alfa Romeo" krossover Stelvio-nu təqdim edib - FOTO

“Alfa Romeo” Los-Anceles avtosalonunda tarixində ilk krossoveri – “Stelvio”-nu təqdim edib. On üç il ərzində hazırlanmış avtomobil ilk növbədə ABŞ bazarı üçün nəzərdə tutulub. “Stelvio” Avropa bazarında 2017-ci ildə peyda olacaq. Avtosfer.az xəbər verir ki, avtomobilin eksteryeri sedan “Giulia” üslubunda hazırlanıb. O, enli təkər arkaları, ciddi görünüşlü bamperlər, spoyler, üçbucaq şəklində olan radiator barmaqlığı, karbon lifindən yan ətəklər alıb. İlk olaraq italyan krossoverinin “Quadrifoglio” adlı idman versiyası debüt edib. Avtomobili 2,9-litrik biturbolaşdırılmış, 505 a.g. olan mühərriklə təchiz ediblər. “Stelvio” tamötürücülü sürət qutusu alıb. O, sürüşmə zamanı arxa və qabaq təkərlər arasında fırlanma anını bərabər bölür. Adi rejimdə “Alfa Romeo” arxaötürücülü krossover olaraq qalır. “Stelvio”-nun mühərriki 8-pilləli avtomat sürət qutusu ilə birgə çalışır. O, İtaliya mühəndislərinin bildirdiklərinə görə, 150 milli saniyədə sürət qutusunun ötürmələrini dəyişir – bu, müasir avtomat sürət qutularında ən yaxşılardan biridir. Sürücü üçün bir neçə idarəçilik rejimi əlyetərlidir. Onların arasında treklərdə sürmək üçün nəzərdə tutulan “Race” paketidir.




Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












