Alkoqol və avtomobil: miflə reallıq arasında

Avtomobilin kütləviləşdiyi 30-cu illərdən etibarən bir çox ölkədə sərxoş idarəetməyə görə cəzalara tətbiqinə başlandı. Cəzalar getdikcə sərtləşsə də hər il dünyada sərxoş sürücülərin ucbatından yüz minlərlə qəza baş verir.
Avtosfer.az xəbər verir ki, bir çox ölkədə və insanlarda alkoqolla bağlı miflər də yaranır. Sanki kimsə içəndə daha yaxşı sürür, yaxud az içir və s. əslində burada həqiqət payı yoxdur.
Uzun sözün qısası, alkoqolla bağlı ən çox yayılan yalanlara diqqət edək. Bəzi sürücülər içsələr belə normal maşın sürə bildiklərini iddia edirlər. halbuki, tibb elmi tam əksini deyir. Qəza anında sürücünün tormoza basmaq üçün reaksiya müddəti 0,5 saniyəni keçmir.
Sərxoş sürücüdə isə bu göstərici 8 dəfəyədək arta bilir. Nəzərə alaq ki, sürətli yolda saniyələr də rol oynayır. İkinci əfsanə isə içən şəxsin guya öz normasını bilməsidir.
Halbuki, cəmi 50 qram araq insanın normal düşüncə tərzini pozur. 100 qramdan sonra isə sürücü hesab edir ki, sərxoş deyil və sükan arxasına keçə bilər. Üçüncü əfsanə isə az miqdarda alkoqolun faydalı olmasıdır. Bu nağıla neçə neçə nəsil insan inansa da, təcrübədə sübut olunmayıb.
Vüqar
Avtomobil satanlar artıq bunuda nəzərə almalıdır - YENİLİK NƏLƏRİ DƏYİŞİR?
Sürəti azaltmaq kifayət etmir: Sürücülərin ən çox cərimələndiyi nişan - VİDEO
Yeni vəsiqə alan sürücülərə bu avtomobilləri sürmək QADAĞAN EDİLƏ BİLƏR
"Chery" şirkətinin baş direktoru buna görə üzr istədi - FOTO
Avropada elektromobil satışında qeyri-bərabərlik
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı












