Almaz boya ilə örtülmüş "Rolls-Royce" - FOTO+VİDEO

"Rolls-Royce" şirkəti Cenevrə Avtosərgisində “Dawn Inspired by Fashion” adlı 2017 yaz-yay avtomobil kolleksiyasını təqdim edib. Avtosfer.az xəbər verir ki, bu kolleksiyanın modelləri almaz boya ilə örtülmüşdür. Bu modellərin əsas xüsusiyyəti – klassik formaların və rəngarəng detalların vəhdəti, kontrast dam və qapıların ipək örtüyüdür. Dəri ilə örtülmüş sükanın üç rəng seçimi var: qırmızı - Mugello Red, göy - Cobalto Blue və narıncı - Mandarin. "Rolls-Royce"-u “BESPOKE” personalizasiya proqramı vasitəsilə sevimli rəssamın rəsm ruhunda “boyamaq” imkanı var. Belə ki, bu proqram avtomobilin unikal - avtomobil sahibinin şəxsiyyətini tam əks etdirən dizaynının yaradılması üçün imkan yaradır. Məsələn, Rolls-Royce Ghost Elegance – almaz boya ilə boyanmış ilk avtomobildir. Bu boyanın rəngi mindən çox toza çevrilmiş almazdan əldə olunmuşdur. Rəssam Mark Kurt avtomobilin qanadlarında dekorativ qırmızı - Mugello Red və qara rəngli xətlər işləmişdir. Almaz hissəciklər isə şəffaf boya ilə əlaqələndirilərək bir-biri ilə birləşdirilmişdir.






Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












