"Alpine A110" avtomobili təqdim edildi - FOTO

Fransa şirkəti rəsmi olaraq "Alpine A110" idman üslublu avtomobilini təqdim etdi. Avtosfer.az motor1.com-a istinadən xəbər verir ki, yeni avtomobil "Porsche 718 Cayman" və digər idman üslublu avtomobillərə rəqabət təşkil edəcək. "Renault" şirkətinin sub-brendi ötən il təqdim edilən konseptə çox bənzəyir. Amma artıq yeni model seriya istehsalına çox yaxınlaşıb. "Alpine A110" avtomobili kompakt ölçüləri, yüngül çəkisi və manevr qabiliyyəti ilə öyünə bilər. Kuzovun istehsalı üçün alüminiumdan istifadə edilib. Avtomobilin texniki xarakteristikası haqqında rəsmi məluma verilmir. Amma bir müddət əvvəl yayılan xəbərə əsasən, kapotun altına 1.8 litr həcmli, dörd silindrli mühərrik yerləşdirilib. Aqreqat 250-300 at gücü hasil edir. "Alpine A110" modeli yerindən 100 km/saat sürəti 4.5 saniyəyə əldə edir. Fransızlar daha ətraflı məlumatı mart ayının 7-i Cenevrə avtomobil sərgisində təqdim edəcəklər.






Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












