Amfibiya-avtomobil yaradıldı - VİDEO

Çin vətəndaşı Jionq Jian şəxsi qarajında amfibiya-avtomobil yığıb. Həmin nəqliyyat vasitəsinin köməyi ilə o, daşqınlardan xilas olmağa hazırlaşır. Bu haqda Ruptly TV xəbər verib. Avtosfer.az avtoreyd.az-a istinadən xəbər verir ki, amfibiya-avtomobilin ixtiraçısı Çinin mərkəzi hissəsində, yağış mövsümü zamanı tez-tez sahillərindən çıxan çayın yaxınlığında yaşayır. Lakin o da qeyd olunur ki, çinli avtomobillə, həmçinin peşəkar maraq baxımından məşğul olub. 20 il mexanik kimi çalışan Jian bu illər ərzində avtomobil-qayıq yığmağa dəfələrlə cəhdlər edib. O deyib ki, əvvəlki sınaqlar zamanı avtomobilin mühərriki tez-tez suyla dolduğundan, onu amfibiya-avtomobilin arxa hissəsinə yerləşdirmək qərarına gəlib. Mühərrik faktiki olaraq, arxa oturacaqların yerinə yerləşdirilməklə bərabər, yük yerinin bir hissəsini də tutur. Amfibiya-avtomobili yaratmaq üçün o, minivenin sökülmüş hissələrindən istifadə edib. Jionq Jianın sözlərinə görə, onun "kateri" dörd nəfər sərnişin daşıya bilər və su üzərində saatda sürəti 32 kilometr artırmağa qadirdir. Bununla belə, amfibiya-avtomobil tamamilə idarə olunur və arxaya doğru da hərəkət edə bilir. Çinli gələcək planlarında "katerinin" sürətini su üzərində maksimal səviyyəyə yəni saatda 40 kilometrə qədər artırmağı düşünür.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










