Ara məsafəsi neçə metr olmalıdır? – VİDEO

Yol-nəqliyyat hadisələrinin bir çoxu sürücülərin düzgün ara məsafəsi seçmədikləri üçün baş verir. Elə apardığımız sorğunun nəticəsində də məlum oldu ki, əksər sürücü avtomobillər arasında ara məsafəsinin nə qədər saxlanılmalı olduğunu bilmir. Bəs ara məsafə necə seçilməlidir və avtomobillər arasında neçə metr məsafə saxlanılmalıdır? Bu sualın cavabını növbəti süjetimizdən izləyin. Elə bir çoxları da bu sürücülər kimi düşünür. Yəni əksər sürücülər nəqliyyat vasitələri arasında neçə metr məsafə saxlanılmalı olduğunu dəqiq bilmirlər. Elə buna görə də qarşıda gedən avtomobilin sürücüsünün qəfil əyləcə basması ağır qəzaları qaçınılmaz edir.
Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, yol hərəkəti haqqında nəzəriyyələrdə ara məsafələri ilə bağlı konkret meyarlar var.
Yol buzlu və ya yağışlı olduqda isə ara məsafəsi azı 3-4 dəfəyə qədər artırılmalıdır ki, avtomobili baş verə biləcək qəzadan yayındırmaq mümkün olsun.
Ekspertin fikirincə, şəhər yollarında, xüsusilə də tıxaclarda da ara məsafəsi gözlənilməlidir. Çünkü tıxaclarda baş verə biləcək qısa toqquşma ara məsafəsi olmadığı üçün zəncirvari qəzalara səbəb ola bilər.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı











