Banner

Araq içib narkotik qəbul etdi, "avtoş"luq edib "ruçnoy" çəkdi; həbs olundu - VİDEO 

Avtoxəbər 13 Oktyabr 2022 09:32 Oxunub 3896
Araq içib narkotik qəbul etdi, "avtoş"luq edib "ruçnoy" çəkdi; həbs olundu - VİDEO 
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin və spirtli içkinin  təsiri altında avtoxuliqanlıq edən  sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna və digər hərəkətdə olan avtomobillər üçün real təhlükə yaratdığına görə “Saxla” işarəsi verilib.
Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini Məmmədəli Dadaşovun spirtli içkinin təsiri altında olması müəyyən edilib. Eləcə də, həmin şəxsin narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən M.Dadaşovun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxsin barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub. Quba Rayonl Məhkəməsinin qərarı ilə Məmmədəli Dadaşov 15 gün müddətinə inzibati qaydada həbs edilib və sürücülük hüququ 1 illik məhdudlaşdırılıb.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh