Artırılan cərimələrin SİYAHISI – 10 manatlıq 50, 20 manatlıq 40 oldu – 400-500 də var

Avtoxəbər 22 İyun 2024 08:57 Oxunub 12220
Artırılan cərimələrin SİYAHISI – 10 manatlıq 50, 20 manatlıq 40 oldu – 400-500 də var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İyunun 21-də Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər təsdiq edilib. Avtosfer.az xəbər verir ki, yol hərəkəti qaydaları əleyhinə olan qayda pozuntularına görə cərimələrin artırılmasını nəzərdə tutan dəyişikliklər birinci oxunuşdan keçib. Hələlik təsdiqini tapmamış cərimə sanksiyaları aşağıda kimi olacaq:

 

  • Sürücülük hüququ olmadan avtomobil idarə edənlər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın 1 il ərzində təkrar və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən törədilməsinə görə cərimə 400 manat olacaq.
  • Hazırda nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə 100 manat məbləğində cərimə edilir. Təkrar törədildikdə isə 300 manat cərimə nəzərdə tutulur.
  • Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə cərimə ediləcək. Hazırda bu cərimələr vəzifəli şəxslər üçün 500 manatdan 800 manatadək məbləğdədir.
  • Nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat məbləğində cərimə ediləcək. Məsuliyyət nəqliyyat vasitəsi parklanma yerindən ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə ərzində çıxarılmadıqda yaranacaq. Hazırda bu məbləğ 10 manat təşkil edir. Yeni cəza 20 manat olacaq.
  • Qanunsuz parklanma yerlərini təşkil edənlər 2000 manatadək cərimə olunacaq. Avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər min beş yüz manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək.
  • 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə verən layihə birinci oxunuşda təsdiqlənib. Dəyişikliyə əsasən, 14 yaşdan Azərbaycan ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ siyahısına velosiped və ya araba ilə yanaşı, kiçik elektrik nəqliyyat vasitəsi də əlavə edilir.
  • Velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrini sürənlər 100 manat məbləğində cərimə ediləcəklər.
  • - Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə;
  • - 3.1 Giriş qadağandır yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına;
  • - Ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına;
  • - 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 100 manat məbləğində cərimə ediləcək. Hazırda bu cərimə 80 manatdır.
  • Yol hərəkəti haqqında qanunla müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə ediləcək. Şəxs nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.
  • Xidməti parklanma yerlərində avtomobil saxlayanlar 40 manat cərimələnəcəklər. İndiyədək qanunda “ximdəti parklanma” anlayışı yox idi.
  • Enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrinin parklanmasına görə 20 manat məbləğində cərimə tətbiq ediləcək.
  • Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə 20 manat məbləğində cərimə tətbiq ediləcək. Hazırda 10 manatdır.
  • Əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə 60 manat məbləğində cərimə tətbiq ediləcək. Hazırkı qanunda bu cərimə 10 manatdır.
  • Parklanma zamanı digər avtomobillərin hərəkətinə maneə yaradanlar 20 manat məbləğində cərimələnəcəklər. Hazırda cərimə 10 manatdır.
  • Velosiped və kiçik elektrik nəqliyyat vasitəsini parklanma yerindən kənarda saxlayanlar 10 manat məbləğində cərimələnəcəklər. Qanunda yenilikdir.
  • İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 338-1-ci maddəyə əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə görə 400 manatdan 600 manatadək məbləğdə cərimə ediləcək. Bu xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə 1000 manatdan 1200 manatadək məbləğdə cərimə ediləcək.
  • İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 327.1-2-ci maddəyə əsasən, velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkət etməsinə görə 100 manat məbləğində cərimə nəzərdə tutulur. Bu yenilik qanunda ilk dəfədir əksini tapır.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh