"Aston Martin" şirkətindən alverçılərə sərt xəbərdarlıq

Aston Martin şirkətinin başçısı Əndi Palmer Valkyrie hiparkarına olan növbəsini satan müştərilərin şirkətin qara siyahısına daxil ediləcəyini bildirib. Bu barədə o özünün Twitter sosial şəbəkəsindəki səhifəsində yazıb. Palmer Woodsypedia adlı istifadəçinin tvitinə reaksiya göstərib. İstifadəşçi Palmerə müraciət edərək, markanın “əsl entuziast” və pərəstişkarları üçün alverçilərin fəaliyyətinə son qoymağı xahiş edib. Nümunə olaraq, o Dubaydakı Knight International diler mərkəzinin elanını göstərib.
Elana görə, firma üçün 2019-cu ildə çatdırılma şərti ilə Valkyrie hiperkarı rezervasiya edilmişdir. Diler onunla əlaqə saxlamağı məsləhət görüb və bu avtomobilin əldə edilməsini sərfəli sövdələşmə adlandırıb. Əlavə olaraq, avtomobilin təqdimatından sonra onun qiymətinin yüksələcəyi də bildirilib.
İstifadəçinin müraciətinə cavab olaraq Palmer növbəti cavabı yazıb: “Onlarda belə slotun (növbədə yer) olduğundan şübhə edirəm. Əgər bu həqiqətən belədirsə, biz kimin onlara növbəni verdiyini aşkarlayaraq həmin şəxsi avtomobildən məhrum edəcəyik. Belə şəxslər sonradan markanın xüsusi avtomobillərini əldə edə bilməyəcəklər”.
autograph.az
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi












