Aşurada ziyarətgahdan maşın oğurladı - Söküb satdı - FOTOLAR

Gəncədə Aşura günü İmamzadə ziyarətgahından avtomobil oğurlayan şəxs saxlanılıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, oktyabrın 12-də Goranboy rayon sakini İlkin Məmmədov Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edərək ona məxsus “VAZ 21011” markalı avtomobilin İmamzadə ziyarətgahı yaxınlığında oğurlandığını bildirib. İlkin Məmmədov qeyd edib ki, o ailə üzvləri ilə birlikdə ziyarətgaha gələrək avtomobili dayanacaqda park edib. 2 saatdan sonra getmək istəsə də maşınını yerində tapmayıb. Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Kəpəz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri zamanı avtomobili şəhərin Natəvan qəsəbə sakini 31 yaşlı Mehman Həsənovun oğurladığı məlum olub. O avtomobili yaşadığı evin həyətinə aparıb və hissələrə bölərək bir hissəsini satıb, bir qismini isə qonşusu Anar Həsənovun həyətində saxlayıb. Saxlanılan şəxslərin yaşadıqları Natavan qəsəbəsində evlərinə baxış keçirilən zamanı həyətyanı sahələrdə aqrotexniki qaydada qulluq olunmuş narkotik vasitə olan marixuana kolları aşkar olunaraq götürülüb. Məlumata görə, saxlanılan Mehman Həsənov əvvəllər oğurluğa görə, Anar Həsənov isə narkotik vasitələrin qanunsuz saxlanılmasına görə məhkumluq həyatı yaşayıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalara davam etdirilir.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA














