Ata və oğul qəzaya düşdü - Ölən var

Qusarda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, rayon polis şöbəsindən anspress-ə verilən məlumata görə, qəza nəticəsində avtomobildə olan ata ölüb, oğul isə ağır vəziyyətdə xəstəxanaya çadırılıb. Hadisə bu gün səhər saat 10 radələrində Qusar rayonunun Çiləgir kəndi ərazisində-Qusar-Ləzə yolunun 8 ci km-də qeydə alınıb. 26 yaşlı İlqar Mehdi oğlu Şahbazov idarə etdiyi 90 FM 895 dövlət nömrə nişanlı “Kia” markalı avtomobillə rayon mərkəzindən Kuzun kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun sağ hissəsinə çıxaraq ağaca çırpılıb. Güclü zərbənin təsirindən çoxsaylı ağır bədən xəsarətləri alan sürücünün atası 52 yaşlı Mehdi Azad oğlu Şahbazov hadisə yerində keçinib. İlqar Şahbazov ağır vəziyyətdə Qusar Rayon Mərkəzi Xəstəxanasına reanimasiya şöbəsinə yerləşdirilib.
Qusar Polis Şöbəsinin baş müstəntiqi Rafael Tağıyevin sözlərinə görə, hadisəyə yüksək sürət səbəb olub.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR













