Atalar və oğullar: Daşaltı döyüşçüsünün oğlu Qubadlıda qazi oldu - VİDEO

Düşmənə qan ağladan qazi yenidən cəbhəyə qayıtmaq istəyir.
Avtosfer.az Baku TV-ə istinadən xəbər verir ki, Abşeron rayonundan könüllü olaraq cəbhəyə yola düşmüş, Mehdiabad qəsəbə sakini Pərvin Allahquliyev Qubadlı rayonunun işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə əlindən və ayağından qəlpə yarası alaraq qazi olub.
Topçu olan qazimiz deyir ki, şəxsən özü düşmənə ağır zərbə vuraraq, onların üçü tank olmaqla, xeyli sayda texnikasını sıradan çıxarıb və canlı qüvvəsini məhv edib.
Atalarımızın sözünə qüvvət, igidlik insana irsən ötürülür. Pərvinin atası Yadulla Allahquliyev də 1991-ci ildə Daşaltı əməliyyatında könüllü olaraq döyüşənlərdəndir. Elə vətən sevgisi, torpaq məhəbbəti də qazimizin ruhuna qanla ötürülüb.
P.Allahquliyev bildirir ki, ayağa qalxan kimi ilk işi cəbhəyə yola düşmək olacaq.
Qazimizin anası Tahirə xanım isə, oğlu ilə bərabər vətən uğrunda gözünü qırpmayan bütün hərbiçilərmizlə fəxr etdiyini deyir. Ailə Qubadlıda yaralanan oğlunun tezliklə sağalacağına və yenidən cəbhəyə qayıdacağına inanır.
Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək










