ATƏT tərəfləri sülhə sadiq qalmağa çağırır - VİDEO

“Ümid edirəm ki, Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan bəyanatın imzalanması münaqişə bölgəsindəki mülki şəxslərin həyatını qoruyacaq.”
Baku TV xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli bildirib. O, müharibə zamanı həlak olanlarla bağlı başsağlığı verib və tərəfləri meyitlərin, hərbi əsirlərin mübadiləsinə dərhal başlamağa çağırıb.
Giorgi Tseretelinin sözlərinə görə, dayanıqlı sülhə aparan yol bəzən müharibədən daha çətindir:
“Məcburi köçkünlər və qaçqınların təhlükəsiz qayıtmasını təmin etməyə, münaqişənin hərtərəfli həllinə nail olmağa və birgə gələcək qurmaq üçün bütün tərəfləri sülh danışıqlarına sadiqliklərini təsdiqləməyə çağırıram”, - deyə müraciətdə qeyd olunub.
Xatırladaq ki ötən gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bəyannamə imzalanıb. Bu sənəd münaqişənin hərbi fazasının yekunlaşmasını və sülh yolu ilə işğal altında olan digər ərazilərimizin Azərbaycana qaytarılmasını nəzərdə tutur. Bəyannaməyə əsasən, Ermənistana yola düşən Rusiyanın sülhməramlı kontingenti atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi zonasındakı hərbi əməliyyatlara nəzarət etmək üçün xidməti sahələrə yollanıblar.
Yollarda qayda pozan sürücülərlə necə davranılmalıdır? - VİDEO
Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO










