"Audi TT RS" modelinə "əl gəzdirdilər" - FOTO

"ABT Sportsline" şirkəti Cenevrə avtomobil sərgisində idman üslublu "Audi TT RS" avtomobilini təqdim edəcək. Avtosfer.az xəbər verir ki, şirkət avtomobili məhdud sayda istehsal edəcək. Şirkət mühəndisləri yeni layihəni "TT-RS-R" adlandırıblar. Kapotun altında 2.5 litr həmcli, 5 silindrli benzin mühərrik var. Aqreqat 500 at gücü hasil edir. Qeyd edək ki, standart "TT RS" modelinin mühərriki 400 at gücü hasil edir. Avtomobilin sürət xarakteristikası barədə məlumat verilmir. Amma güman edilir ki, "Audi TT RS" yerindən 100 km/saat sürəti 3.7 saniyəyə əldə edir. İdman avtomobilinin həm də xarici görünüşündə müəyyən dəyişikliklər edilib. Radiotarun şəbəkəsi yenilənib. Ön spoyler və arxa hissənin müəyyən komponentləri dəyişdirilib. Bütün bu detallar karbondan hazırlanıb. Bundan başqa "Audi TT RS" modelinin səsboğucu sistemi və təkər bazası da dəyişdirilib. İndi avtomobil 20 düymlük təkərlərlə təklif ediləcək. Salonda da karbondan hazırlanmış yeni detallar nəzərə çarpır.








Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












