Avronun ucuzlaşması Avropa avtomobillərinin ucuzlaşmasına səbəb olacaq

Son zamanlar dünya bazarında avronun ABŞ dollarına qarşı məzənnəsinin 4%-dək ucuzlaşması Avropa İttifaqı ölkələrində istehsal edilən avtomobillərin qiymətinin düşməsinə səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un analitik qrupu avronun ucuzlaşmasının davam edəcəyi halda Avropa istehsalı olan avtomobillərin Azərbaycanda da qiymətinin düşəcəyini, bunun da digər ölkə istehsalı olan avtomobillərə də təsir edəcəyini bildirir.
"Avronun məzənnəsinin yaxın 12 ay ərzində dollarla bərabərləşməsi Avropa istehsalı olan avtomobillərin bu günlə müqayisədə qiymətinin 15%-dək azalmasına gətirib çıxaracaq. Belə ki, Azərbaycanda avtomobillərin alqı-satqısı əsasən dollarla aparılır. Lakin ölkəyə idxal olunan avtomobillərə qarşı tətbiq edilən gömrük rüsumlarının 2017-ci ilin əvvəlindən gözlənilən artımı bu qiymət azalmasını bir qədər məhdudlaşdıracaq. Belə ki, rüsumlarda gözlənilən artım avtomobil qiymətlərinin 15% deyil, 7-10% ucuzlaşmasına gətirib çıxaracağı proqnozlaşdırılır", - deyə analitiklər qeyd ediblər.
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi












