Avropa Komissiyası Çindən Aİ-yə elektromobil idxalına 35%-dək rüsum təsdiqləyib

Avropa Komissiyası (AK) Çindən Avropa İttifaqına (Aİ) elektromobil idxalına beş il müddətinə 35 %-dək rüsum tətbiq edilməsini təsdiqləyib, lakin tərəflər kompromis həll yolu axtarmağa davam edəcəklər. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilib.
“Bu gün Avropa Komissiyası Çindən batareyalı elektromobillərin idxalına beş il müddətinə yekun kompensasiya rüsumları tətbiq etməklə antisubsidiya araşdırmasını başa çatdırıb”, – sənəddə qeyd olunub. Bununla yanaşı, Aİ-nin yüksək səviyyəli nümayəndəsinin jurnalistlərə bildirdiyinə görə, Avropa Komissiyası tərəfindən rüsumun təsdiqlənməsinə baxmayaraq, tərəflərin texniki qrupları kompromis həll yolunun tapılması üçün danışıqları davam etdirirlər. Diplomatın sözlərinə görə, “Avropa Komissiyasının qərarı çərşənbə günü Aİ-nin Rəsmi Jurnalında dərc edilməli və cümə axşamı, 31 oktyabrda qüvvəyə minməlidir”.
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var










