Avropada adambaşına düşən ən çox avtomobil bu ölkədədir - SİYAHI

Avtoxəbər 30 İyun 2022 08:22 Oxunub 1776
Avropada adambaşına düşən ən çox avtomobil bu ölkədədir - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avropada adambaşına avtomobil sayı ölkələrə, hətta şəhərlərə görə dəyişir. İttifaq ölkələrində avtomobil çox olsa da, bu vasitə heç də hamı üçün əlçatan deyil. Bəs hansı ölkənin vətəndaşı avtomobili daha asan əldə edə bilir?

Avtosfer.az xəbər verir ki, İttifaqda adambaşına  ən çox avtomobil Lüksemburqdadır. Həyat səviyyəsinə görə hətta avropalıların da qibtə etdiyi bu kiçik hersoqluqda hər min nəfərə 681 avtomobil düşür. Başqa sözlə, hər orta səviyyədə yaşayan lüksemburqlu təzə avtomobil ala bilər. Burada avtomobil sayının çoxluğu həm də xarici şirkətlərin sayının çoxluğu ilə izah edilməlidir.

Bir maraqlı məqama da diqqət edək: yaşı 18-i ötmüş vətəndaşların çoxunun şəxsi avtomobili və ya motosikli olduğu ölkədə ictimai nəqliyyatın bütün növləri 2020-ci ildən bərim pulsuzdur. Üstəgəl, kənd yerlərində də keyfiyyətli ictimai nəqliyyat təmin edilib.

 

1

Lüksemburq

681

2

İtaliya

663

3

Kipr

645

4

Polşa

642

4

Finlandiya

642

6

Estoniya

598

7

Malta

597

8

Almaniya

574

9

Avstriya

562

10

Sloveniya

556

11

Çex Respublikası

554

12

Litva

536

13

Portuqaliya

530

14

İspaniya

519

15

Belçika

511

16

Yunanıstan

504

17

Niderland

499

18

Fransa

482

19

İsveç

473

19

Britaniya

473

21

Danimarka

455

22

İrlandiya

454

23

Slovakiya

439

24

Xorvatiya

425

25

Bolqarıstan

407

26

Macarıstan

390

27

Latviya

381

28

Rumıniya

357

29

Şimali Makdeoniya

205

 

İkinci yerdə gələn İtaliyada isə avtomobil çoxluğu 2 amillə bağlıdır. Birinci - ənənə, ikinci – ölkənin əksər hissəsində ictimai nəqliyyat infrastrukturunun pis olması.

Qayıdaq Lüksemburqa. Ərazisi 2586 kvadrat km (Naxçıvan MR-in yarısı) olan ölkədə bütün kateqoriyalardan 520 minədək avtomobil var.

Hörmətli oxucu. Bu qədər avtomobili Naxçıvana sığışdırmaq mümkün olarmı? Həm də nəzərə alaq ki, Naxçıvan MR-dən fərqli olaraq Lüksemburq hersoqluğu blokada şəraitində deyil və bura hər gün kənardan on minlərlə nəqliyyat vasitəsi daxil olur. Lakin nədənsə kilometrlik tıxaclara və çoxsaylı insan  tələfatı ilə nəticələnən qəzalara rast gəlinmir. Sizcə səbəb nədir?

 

 

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh