Avropada avtomobil satışları yenidən azalıb – STATİSTİKA 
Avtoxəbər 5 Avqust 2022 08:12 Oxunub 824
Avropada avtomobil satışları yenidən azalıb – STATİSTİKA 

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının statistikasına görə iyunda qitədə 1 milyon 66 min 137 təzə avtomobil satılıb. Bu da illik əsasda 16,8%, və ya 216 366 ədəd azalma deməkdir. Bir sözlə, avropalı avtomobil konstruktorları 1996-cı ildən bəri ən pis nəticə ilə üzləşiblər.

Avtosfer.az autoplus.fr saytına istinadla xəbər verir ki, ilk yarım il üzrə nəticələr də ürəkaçan deyil. Köhnə qitədə 6 ay ərzində 5 milyon 597 min 656 təzə minik avtomobil satılıb. Bu da ötən illə müqayisədə 13,7% azdır. Həm də nəzərə alaq ki, 2021-ci ilin ilk aylarında Avropa ölkələrində karantin rejimi olub.

Ötən ay ən ciddi geriləmə Birləşmiş Krallıqda qeydə alınıb. Ölkədə 141 min avtomobil satılıb ki, bu da illik əsasda 24,3% geriləmə mənasına gəlir. Avtomobil sənayesinin beşiyi Almaniyada da geriləmə çox ciddidir: 18,1%. Almanlar ötən ay 224 558 təzə maşın alıb.

İlk yarımildə ölkələr üzrə azalmaya gəlincə:

1. Almaniya: – 11% (1 237 975 ədəd)

2. Birləşmiş Krallıq: – 11,9% (802 079)

3. Fransa: – 16,3% (771 980)

4. İtaliya: - 22,7% (684 228)

5. İspaniya – 10,7% (407 757)

 
Ilk yarım ildə satışların gerilməsi istehsalçılara görə dəyişir. Ən ciddi geriləmə 21,1%-lə Stellantis qrupunda qeydə alınıb. 19,4%-lik geriləməyə rəğmən “Wolksvagen” qrupunun satış üzrə liderliyini qoruyub : 1 milyon 349 min 857 avtomobil. Bundan əlavə, “Peugeot”, “Citroen”, “Lancia”, “Jeep” və “Fiat”ın satışlarında geriləmə 20-25% arası dəyişir.

Avropa markaları ciddi geriləmə ilə üzləşərkən Koreya modellərinin satışlarında artım tendensiyası davam edir. “Hyundai” qrupunun ilk 6 ayda satışları 12,6% artıb. Yaponiyanın “Honda” qrupu da satışları 11,4% artırmağa nail olub. Qeyd etmək yerinə düşər ki, Avropa qitəsində Koreya modellərinə maraq pandemiyadan sonra artıb.

Qeyd etmək yerinə düşər ki, Avropada avtomobil satışında geriləməni təkcə pademiya ilə izah etmək doğru deyil. Ümumi planda ikinci əl avtomobil satışlarında da geriləmə hiss olunur. Başlıca səbəb ictimai nəqliyyatın keyfiyyətli işinə görə şəxsi avtomobilə marağın azalmasıdır.

 

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh