Avropada milyonlarla avtomobilin istismarı qadağan edilə bilər – BİZƏ TƏSİR EDƏRMİ?

Pandemiyadan əvvəl ABŞ-də üzə çıxan, bir müddət sonra isə Avropaya yayılan “Dieselgate” qalmaqalı ilə bağlı müzakirələr səngimir.
Avtosfer.az xəbər verir ki, bu dəfə iş məhkəmə səviyyəsində araşdırılır. Avropa İttifaqının rəhbər orqanları Dizel mühərrikli avtomobillərin ekoloji normalara uyğunluğunun daha ciddi yoxlanmasını tələb edirlər. bunun üçün yeni protokollar tələb edilib.
Avropa ölkələrinin avtomobil parkındakı əksər maşınların yeni normalara cavab verməyəcəyi məlum olub. Məsələn, Almaniyada 8,2 milyon ədəd Dizel mühərrikli minik avtomobili sınaqdan keçməyə bilər. Bunların arasında Avro-5 standartı ilə istehsal edilmiş modellər də yer alır!
Problem təkcə Almaniyada mövcud deyil. Dizel mühərrik sevgisi ilə seçilən fransızlar da 3 milyondan çox maşınla vidalaşa bilərlər.
Hazırda işə Avropa Ədalət Məhkəməsi baxır. Almaniyanın Maliyyə Nazirliyi bildirib ki, məsələ istehsalçılara və avtomobil sahiblərinə zərər vurmadan həll edilməlidir.
Problem Avropa sərhədlərini aşıb. Almaniya və digər Avropa ölkələrindən işlənmiş avtomobil alan ölkələr hadisələrin gedişatını maraqla izləyir. Milyonlarla avtomobil kütləvi şəkildə istismardan çıxarılacağı təqdirdə qiymətlər kəskin ucuzlaşacaq. Bu da avtomobil ticarəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin işinə yarayacaq. Avro-5 standartlı avtomobillərin Azərbaycana gətirilməsində məhdudiyyət olmadığı üçün prosesin bizə də təsir edəcəyini indidən söyləmək mümkündür. Belə olduğu təqdirdə avtomobil alverçiləri yenidən Avropa bazarına üz tuta bilərlər. ölkəmizdə ənənəvi olaraq ikinci əl alman avtomobilləri digər avtomobillərdən üstün tutulur.
Lakin bir faktı da nəzərdən qaçırmayaq: yaxın bir neçə ayda Azərbaycan bazarında hansısa ciddi dəyişiklik gözləmək sadəlövhlük olar. Çünki Avropa məhkəməsinin son qərarı ən tezi 2025-ci ilin sonunda məlum olacaq.
Vüqar
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var











