Avtobus və taksilərdə siqaretə qarşı mübarizə başlayır - FOTO

Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşıma və taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə görüş keçirilib. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, görüşdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu”ndan irəli gələn bir sıra tədbirlərin icrası ilə bağlı məsələlər müzakirə olunub. Bildirilib ki, bu qanun ölkə əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. Diqqətə çatdırılıb ki, qanunun 10-cu maddəsinin 1.12-ci bəndinə əsasən müntəzəm şəhərdaxili avtobuslar və taksi minik avtomobilləri tütündən istifadənin məhdudlaşdırıldığı yerlərdən biri kimi müəyyən edilib. Qanun tələbinin qısa vaxtda icrasının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verilib. Bununla əlaqədar istehsalat bazalarında sürücülərlə müvafiq izahat işlərinin aparılması, sərnişinlərlə münasibətdə etik-davranış qaydalarına əməl edilməsi, həmçinin, nəqliyyat vasitəsinin təhlükəsiz idarəedilməsi ilə bağlı təlimatların verilməsi tapşırılıb.
Bir daha daşıyıcıların diqqətinə çatdırılıb ki, sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımından müvafiq qanunlarla müəyyən edilən tələblərə əməl etməyən daşıyıcılarla bağlı ciddi tədbirlər görüləcək.
Elmin
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur



















