Avtomat transmissiya barədə ƏFSANƏ VƏ HƏQİQƏT - FOTO

Avtomat transmissiyalı avtomobillər azərbaycanlı sürücülər üçün yad deyil. Artıq Bakıda bu tip transmissiyalı maşınların sayı mexaniki ötürməli avtomobilləri üstələyir.
Avtosfer.az xəbər verir ki, avtomat ötürmə nə qədər geniş yayılsa da, çoxları ondan düzgün istifadə edə bilmir. Bu da çox sayda yanlış təcrübənin ortaya çıxması ilə nəticələnir. Bunlardan bir neçəsini xatırlatmaq yerinə düşər.
İnsanlar arasında hələ də belə yanlış düşüncə hakimdir ki, guya avtomat ötürmə etibarsızdır, tez sıradan çıxır. Halbuki, bu iddia 80-90-cı illərin avtomobilləri üçün qismən doğrudur. İndiki avtomatik ötürmələr normal istismar şəraitində azı 200 min kilometr problemsiz istismar edilə bilər.
Başqa bir qeyri-səhih yanaşma isə, avtomat ötürməli avtomobilin daha çox yanacaq sərf etməsi ilə bağlıdır. Bu iddia da artıq köhnəlib. Son 10 ildə istehsal edilmiş avtomobillər 6, hətta 8 pilləli avtomatla təghiz olunduğu üçün uzaq yolda sərfiyyat minimum olur. O ki qaldı, Bakının tıxaclarında boşuna sərf edilən yanacağa, burada hansısa istehsalçını qınamaq qeyri-obyektivdir.
Nəhayət, ən geniş yayılmış və çoxlarının inandığı yalan avtomat ötürməli avtomobillərin pis yollarda, xüsusən də qarlı və buzlu yollarda hərəkət edə bilməməsidir. Bu əfsanənin ortaya çıxmasına birbaşa səbəb sürücülərin qeyri-peşəkarlığıdır. Nə qədər təccüblü olsa da, sürücülərimizin çoxu avtomatik transmissiyadan düzgün istifadə edə (yalnız D rejimindən istifadə edilir – müəl.) bilmir. Pis hava şəraiti, yoxuşu qalxarkən və ya enərkən aşağı ötürmə rejiminə keçməyən sürücü istehsalçını ittiham etmək yerinə biliklərini artırsa daha səmərəli olar.
PS. Xaricdə istismar müddətini başa vurmuş, qəza keçirmiş, detalları dəyişdirilmiş, texniki vandalizm qurbanı olan maşınlardan çıxış edərək hansısa istehsalçını tənqid etmək də qeyri-obyektivdir.
Vüqar
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var












