Avtomobil alarkən bu üç yeri yoxlamaq lazımdır

Avtomobil alarkən sonradan problemlə üzləşməmək üçün bir sıra vacib məqamlara diqqət yetirilməlidir. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, mütəxəssislər xüsusilə üç əsas sahənin mütləq yoxlanmasını tövsiyə edirlər.
İlk növbədə avtomobilin kuzovu diqqətlə nəzərdən keçirilməlidir. Çəpər, qapılar və kapot hissəsində rəng fərqi, dalğa izləri və ya aralıqların fərqli olması maşının vurulub sonradan yığıldığını göstərə bilər. Bu cür qüsurları daha dəqiq aşkar etmək üçün yoxlamanın gün işığında aparılması məqsədəuyğundur.
İkinci vacib məqam mühərrik və avtomobilin alt hissəsidir. Yağ sızması, paslanma əlamətləri və yad səslər gələcəkdə ciddi texniki nasazlıqlara və böyük maliyyə xərclərinə səbəb ola bilər.
Üçüncü olaraq sənədlərlə avtomobilin üzərindəki VIN nömrəsinin uyğunluğu mütləq yoxlanmalıdır. Eyni zamanda salonun həddindən artıq köhnə olması, lakin kilometr göstəricisinin az görünməsi kilometrajın geri çəkildiyinə işarə edə bilər.
Avtopilot rejimində sürücü sükanı buraxıb yata bilərmi? - BEYNƏLXALQ TƏCRÜBƏ
2025-ci ildə rekord sayda elektromobil satıldı
Çində avtomobil qiymətləri ucuzlaşdı
Satış mərkəzləri və qeyri-rəsmi idxalçılar AVTOMOBİLLƏRİ BAHALAŞDIRIB - Eelektromobillərə ...
Azərbaycanın avtomobil bazarında Çin bumu zəifləyir, ənənəvi markalar önə keçir – ARAŞDIRMA
Hibrid və elektrik mühərrikli avtomobillərin qiyməti 18 faiz artacaq - AÇIQLAMA
Qadınların rəylərinə görə 2026-cı ilin ən yaxşı avtomobilləri açıqlandı
Aliment ödəməyənləri sürücülük hüququndan məhrum edəcəklər - 1 il müddətinə...
Qışda maşını yumaq lazımdırmı?
Avtomobilinizin rəngini dəyişmək istəyirsinizsə bu qədər pul ödəməlisiniz, əks halda...
Avtomobil almaq istəyənlərə VACİB XƏBƏRDARLIQ – Sizi aldadırlar











