Avtomobil alarkən diqqətli olun - Zərər sizə dəyəcək - VİDEO

Alan razı, satan razı. İşlənmiş avtomobillərin əldən ələ kreditlə satılması halları çoxalıb. Bunun başlıca səbəbi həm ikinci əl avtomobillərlə bağlı bankların kredit verilişlərini məhdudlaşdırması, həm də vətəndaşların özlərinin əlavə xərc və faiz ödəməkdən xilas olmasıdır. Adətən bu tip sövdələşmələr şifahi aparılır. Yəni alqı satqının şərtləri hüquqi cəhətdən hər hansı bir qüvvəyə malik olmur. Tərəflərdən birinin buna riayət etməməsi mübahisələrə səbəb olur. Mütəxəsislər bu cür alqı satqıda qanuna zidd heç bir tərkibin olmadığını deyirlər. Amma gələcəkdə mübahisələrin yaşanmaması üçün prosesin notarial qaydada müqavilə ilə həyata keçirilməsini tövsiyyə edirlər. Əks halda bu böyük problemlərə gətirib çıxara bilər. Məsələn alıcı ödəmədən imtina etməsi hətta cinayət tərkibi yarada bilər.
Digər bir məqam isə bu cür alqı satıq formasını biznesdə tətbiqidir. Yəni işəlnmiş avtomobillərin satışı ilə məşğul olanların bundan istifadəsi hüquqi nöqteyi nəzərədən doğrudurmu? Ekspert Heydər Cəfərov deyir ki, burada razılaşma şifahi həyata keçirilərsə vergidən yayınma halları baş verir. Amma iş orasındadır ki, vergi məcəlləsində bununla bağlı xüsusi maddə yoxdur.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












