Reklam

Avtomobil alıcılarını necə aldadırlar?

Avtoxəbər 25 Aprel 2016 16:44 Oxunub 2258
Avtomobil alıcılarını necə aldadırlar?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aldığı avtomobili təmir edib 2 min manat ucuz satırlar

Azərbaycanda avtomobil alan hər 10 müştəridən 8-i müxtəlif üsullarla aldadılır.

Avtosfer.az xəbər verir ki, bu barədə fins-ə avtomobil satışı ilə məşğul olan dəllallar, eləcə də servis xidmətlərindən bildirilib. Ən çox aldadılma avtomobilin texniki vəziyyətini müəyyən edəndə baş verir. 

 

Etibarsız «məsləhətçilər» 

 

Azərbaycanda bir qayda olaraq avtomobil alıcıları  bazara ya tanış ustaları, ya da qohum-tanışlarını, dostlarını aparırlar. Amma əksər hallarda   tanış usta, qohum və dostlar bu etibardan sui-istifadə edirlər. Belə ki,  müştərilərin yanında gələn belə “məsləhətçilər”  satıcılarla sövdələşəməyə gedərək müştərinin ziyanına qərar çıxarırlar. Avtommobil eksperləri bildirirlər ki,  müştərilər adətən belə şəxslərə inanırlar və onların avtomobillə bağlı qərarına üstünlük verirlər. Nəticədə ya avtomobilin qiymətində uduzurlar, yada nasaz avtomobili alib daha sonra təmir etməyə məcbur olurlar.

 

80 % hallarda tanış ustalar alıcıları aldadır

 

Avtomobil satışları üzrə ekspert Aley Şamilov fins.az-a bildirib ki,  hər satılan 10 avtomobildən 8-də yaxın usta və qohumlar müştəriləri aldadır. Tanış ustalar müştərinin avtomobilə marağı yaranan zaman dərhal satıcını yoxlayırlar. Satıcı əlavə 100-200 manat  ödəməyə razılaşarsa,  usta avtomobilin kiçik  qüsurlarını gizlədərək müştəriyə bu barədə demir. Əks halda avtomobil yaxşı olsa da,  usta avtomobili  müştərinin gözündən salır. Məsələn, avtomobilin baha olduğunu deyirlər. Və yaxud müştərinin qırmızı avtomobil xoşlayırsa,  “bu nə rəngdi?” – deyə  etiraz edirlər. Və yaxud  vurulduğunu, yağ buraxdığı deyirlər. Nəticədə adətən satıcılar usta ilə razılığa gəlməyə məcbur olurlar.  

 

Satıcılar ustalarla razılığıa gələməyə məcbur olur

 

Razılığa gəldikdən sonra avtomobildə hər hansı bir qüsur varsa, usta  onları gizlətməyə çalışır. Məsələn, yay dəyişmə və qoruyucu rezinlər,əyləc qəlbləri, amortizatorlar  nasazdırsa, cızıq və rənglə bağlı   problem varsa bu hallar  gizlədilir. 

 

Bu qüsurları gizlətmək olmur 

 

Amma avtomobildə ciddi  nasazlıqlar varsa, artıq bunu gizlətməkdən çəkinirlər.Məsələn, avtomobil qəza nəticəsində güclü deformasiyaya uğrayıbsa, təhlükəsizlik yastıqları açılıbsa,  mühərrikdən səs gəlirsə,  mühərrik yağ “yeyirsə” usta  bu hallarda  nasazlıqları  müştəriyə açıqlamağa məcbur olur. 

 

Tanış ustalar alıcıları 1500 manata kimi ziyana salır

 

A.Şamilovun sözlərinə görə, avtomobilin qiymətindən  və nasaz ehtiyat hissəsindən aslı olaraq belə hallarda müştərinin itirdiyi məbləğdə dəyişir.  Adətən müştəriyə 1500 manata kimi ziyan dəyə bilir. Məsələn,  2007-c il model “Mercedes” avtomobilinin sürət qutusunda ötürücü plata sıradan çıxmışdı. Müştəri  bu detala görə 1200 manat, təmir xərcinə görə isə 300 manat ödəməli oldu.  Amma zərər kiçik də ola bilər. Məsələn, köhnə “Mercedes” avtomobilinin  amartizatoru sıradan çıxmışdı. Amma usta bunu gizlətmişdi. Avtomobili alan müştəri  əlavə buna görə 120 manat pul xərcləməli oldu.  A.Şamilov bildirib ki, belə olan halda usta avtomobildəki nasazlığın müxtəlif formada izah edərək alıcını razı sala bilir. Məsələn,  hər hansı nasazlığın onun yoxladığı zaman  olmadığını, sürüldükdən sonra üzə çıxdığını deyir. 

 

Aldığı avtomobili təmir edib 2 min manat ucuz satırlar

 

Bəzi hallarda müştərilər avtomobili alandan sonra nasaz olduğunu bildikdə avtomobil gözlərindən düşür. Ona görə də əlavə xərc çəkib təmir etdirsələr də 1-2 manat ucuz satırlar.  A.Şamilovun sözlərinə görə, ötən ay  belə bir avtomobil satılıb. Belə ki,  satıcı 13 min manatlıq 2009-cu il model “Passat” avtomobilini 10 min manata satıb.  Avtomobil satılarkən məlum olub ki, mühərrikdə səs yaranır. Amma usta  avtomobilin yağının dəyişdirilən zaman  problemin aradan qalxacağını deyib. Müştəri ustaya inandığından avtomobili alıb. Daha sonra məlum olub ki, mühərrik nasazdır, yəni  səs yağla deyil, zəncirlərin yararsız olması ilə bağlı imiş. Əvvəlcədən razılığıa gəldikləri üçün satıcı avtomobilin geri götürmək imtina edib. Yəni, avtomobil tanış ustanın yoxlamasından sonra alınıb. Nəticədə müştəri avtomobilin təmiri üçün əlavə 700-800 manat xərc çəkməli olub. Avtomobil  gözündən düşdüyü üçün daha sonra onu 9 min manata satıb. A.Şamilov bildirib ki, ustalar satıcıdan pul almaqla yanaşı nasaz avtomobilin təmiri ilə bağlı alıcıdan da xeyli pul alırlar.

 

Qaynatasını aldadan kürəkən, atasını aldadan oğullar da var

 

Tanış ustalarla yanaşı, bəzi hallarda qohum və dostlar da  avtomobil alıcılarını ziyana salır. A.Şamilovun sözlərinə görə, hətta qaynatasını aldadan kürəkən, atasını aldadan oğullar da var. Məsələn,  kürəkən, oğul və ya dost, avtomobili sürüb yoxlayan zaman satıcıya razılaşdıqlar qiymətdən aşağı düşməməyə çağırır. Və satışa görə əlavə pul istəyir. Satıcı razılaşmadıqda isə  avtomobili almayacaqları ilə bağlı onu hədələyir. Belə hallarda  qohum və dostlar  müştərinin hesabına 500-1500 manat pul qazanırlar. Avtomobildə  nasazlıq üzə çıxanda isə  qohum və dostlar arasında yaranan mübahisəni polis həll edir.

 

Avtomobili kimə etibar etməli?

 

Ekspertin sözlərinə görə, belə neqativ hallarla qarşılaşmaq istəməyən alıcı avtomobili yalnız özü seçməlidir. Satıcı ilə birgə rəsmi servisə aparıb yoxlatdırmalıdır. Bu zaman artıq hər hansı sövdələşmə olmur. Və hər iki tərəf avtomobildə olan qüsurları bilir və daha sonra qiymət məsələsində razılığa gəlirlər.  Bu həm də, tanış ustaların yoxlamasından ucuz başa gəlir. Əgər alıcı tanış ustaya 50-60 manat ödəməli idisə, servisdə cəmi 20-30 manat xərc çəkir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh