Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO

Xaricdən gətirilən bəzi dizel və benzin mühərrikli avtomobillər üçün gömrük rüsumu tələb edilməyəcək. Bu yenilik həmin avtomobillərin Azərbaycan bazarında ucuzlaşmasına səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, son zamanlar xaricdən avtomobil alanların sayı kifayət qədər artıb. Buna səbəb isə nəqliyyat vasitəsinin yerli bazardakı qiyməti ilə müqayisədə bir az ucuz başa gəlməsidir.
Gətirilən avtomobillərə görə qanunvericiliyə əsasən müxtəlif ödənişlər tələb olunur. İdxal gömrük rüsumu, əlavə dəyər vergisi, aksiz vergisi, utilizasiya haqqı, vəsiqə haqqı, gömrük yığımları və s. Bu isə bəzi avtomobillərin, xüsusilə də mühərrik həcmi 2 000 kubsantimetrdən çox olanların gömrük rüsumunun çox olmasına səbəb olur.
İqtisadçı Xalid Kərimli bildirib ki, rüsumların belə hesablanması hər hansı sosial problem yaratmır.
Onun sözlərinə görə, Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Belarus və Tacikistandan mənşə sertifikatı təqdim edilməklə gətirilən avtomobillərə rüsum tətbiq edilmir.
Bundan başqa, son illər ölkəyə gətirilən, istehsal ilindən 3 ildən çox keçməyən elektrik mühərrikli minik avtomobilləri idxal gömrük rüsumundan və əlavə dəyər vergisindən azad edilib. Bu da cəmi gömrük ödənişlərində özünü göstərir.
Ətraflı süjetdə:
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Alverçilərə pis xəbər — Maşında problem çıxsa...










