Avtomobil almaq istəyənlərə VACİB XƏBƏR: "May və iyun aylarında..."

Ölkədə avtomobil bazarında müşahidə olunan durğunluq diqqət mərkəzinə çevrilib. Son aylarda həm yeni, həm də ikinci əl avtomobillərin satışında azalma qeydə alınır. Maraqlıdır, bu azalma avtomobil qiymətlərinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, son iki ilə yaxın müddətdə Azərbaycanın avtomobil bazarında müşahidə olunan durğunluq hələ davam etsə də, bu vəziyyət qiymətlərin ucuzlaşacağı anlamına gəlmir:

“Aprel ayının sonu və mayın əvvəllərindən etibarən ölkəyə idxal olunan yeni avtomobillərin qiymətlərində 3-5 faiz aralığında artım gözlənilir. Eyni zamanda, köhnə avtomobillərin qiymətində də təxminən 5 faizlik yüksəliş müşahidə oluna bilər. Bu artım əsasən mövsümi səbəblərlə əlaqələndirilir. Belə ki, may və iyun aylarının əvvəlində avtomobillərə olan tələbatın artması bazarda qiymətlərin yüksəlməsinə səbəb olur.”(konkret.az)
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












