Avtomobil bazarında nə alan var, nə də satan – FOTO

Bakının avtomobil bazarında vəziyyət günü-gündən daha acınacaqlı vəziyyətə düşür. Avtosfer.az xəbər verir ki, bu barədə baku.ws-in əməkdaşlarının apardığı müşahidələrdən aydın olub ki, bazara avtomobil satmağa çox az sayda adam gəlir. Bir neçə ay əvvəl bazarda həftə sonu avtomobil həddən artıq çox olurdu. Ancaq son həftələr həm alıcıların, həm də satıcıların sayı kəskin azalıb. Avtomobil bazarında yaranan bu durğunluğun əsas səbəbi dolların məzənnəsinin sabit olmamasıdır. Bununla yanaşı, dövriyyədə manat kütləsinin də azlığı bazarda alış-satışa mane olan əsas amillərdəndir. Hazırda bazarda avtomobillər barter yolu ilə satılır. Mühərrikin həcmi, istehsal tarixindən asılı olaraq avtomobilini dəyişmək istəyənlər bazarda razılaşır və əlavə ödənişlə satışı həyata keçirir. Avtomobil bazarının həftə sonu görməyə öyrəşdiyimiz vəziyyətindən artıq əsər-əlamət qalmayıb. Bazardakı son vəziyyəti təqdim edirik:
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










