Avtomobil bazarında ucuzlaşma başlayıb

Bakıda ikinci əl avtomobillər ucuzlaşmağa başlayıb. Avtosfer.az-ın fins.az-a istinadən məlumatına görə, may ayının əvvəlindən etibarən hər həftə avtomobillərin qiymətləri düşməkdə davam edib. Ümumilikdə isə son bir ayda ikinci əl avtomobillər 10-15 faiz ucuzlaşıb. Əmlak bazarı üzrə ekspert Vaqif Hüseynov bildirib ki, ikinci əl avtomobil bazarında bütün markalar üzrə qiymətlərdə enmə var. Azərbaycan bazarında öz məşhurluğu ilə seçilən köhnə “Mercedes C Class” və “Mercedes E Class”lar 3 000-3 500 manat ucuzlaşıb. Məsələn, aprel ayında qiyməti 10 min manata kimi qalxan 1998-2000-ci model “Mercedes C Class” indi 7 000-6 500 manata kimi ucuzlaşıb. Eyni qiymət fərqi “Opel” modellərində də müşahidə edilir. Aprel ayında qiyməti 8 min manata kimi artan 1998-2000-ci il model sedan və furqon “Opel Astra” və “Opel Vectra” modelləri 8 000 manatdan 5 000-5 500 manata kimi ucuzlaşıb. V. Hüseynovun sözlərinə görə, “Lada” avtomobilləri arasında yalnız “Niva”ların qiymətləri stabil olaraq qalıb. Digər modellərdə isə ucuzlaşma olub. Məsələn, əvvəl 11-12 min manata satılan 2012-2013-cü il model “Lada Priora” indi 8 min manata təklif edilir. Digər modellər isə 1 500- 3 000 manat ucuzlaşıb. Məsələn, 5 000 manata satılan “Vaz 2107” indi 3 000-3 500 manata təklif edilir. Azərbaycan ikinci əl avtomobil bazarında özünə yer tapmağı bacaran Cənubi Koreya markalarında da qiymətlər aşağı düşüb. V. Hüseynovun sözlərinə görə, əsasən taksi kimi istifadə edilən “Kia Rio”ların qiymətləri bazar üzrə stabil qalıb. Digər modellər isə 2 500-3 000 manat arasında ucuzlaşıb. Məsələn, bir ay əvvəl 18-19 min manata satılan “KİA Cerato”nun qiyməti indi 15 500-16 000 manata düşüb. 25-26 min manatlıq “KİA Sportage”i isə indi 22-23 min manata almaq olar. Eyni ucuzlaşma “Hyundai” modelllərində də hiss olunur. Məsələn, əvvəl 24-25 min manata təklif edilən 2011-2013-cü il model “Hyundai ix35”lər indi 21 500-22 000 manata düşüb. Ucuzlaşma 2007-2009-cu il model “Toyota Prado”lardan da yan keçməyib. Məşhur 2.7 l mühərrikli “Prado”nu bir ay əvvəllə müqayisədə 4 min manat ucuz almaq mümkündür. Yəni, əvvəl 30 min manata satılan offroader indi 26 min manata təklif edilir.
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?










