Avtomobil gedir, sürücü yatır: Tesla məharəti - VİDEO

Sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, kadrlarda şosse ilə hərəkətdə olan Tesla markalı avtomobilin salonunda bir cütlüyün sakit şəkildə yatdığı görünür. Videonu paylaşanlar görüntüləri ironik tərzdə “əla avtomobil” şərhi ilə təqdim ediblər.
Lakin avtomobil istehsalçısının rəsmi qaydalarına əsasən, yarı-avtomatik idarəetmə sistemləri aktiv olsa belə, sürücü daim yola baxmalı və istənilən an sükanı ələ almağa hazır vəziyyətdə olmalıdır. Qaydalarda açıq şəkildə qeyd olunur ki, əllər ən azı sükanın yaxınlığında, ideal halda isə birbaşa sükan üzərində saxlanmalıdır.
Mütəxəssislər bildirirlər ki, bu cür məsuliyyətsiz davranış texnologiyaya həddindən artıq güvənməkdən qaynaqlanır və yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır. Belə halların ağır yol-nəqliyyat hadisələri ilə nəticələnə biləcəyi vurğulanır. (Musavat.com)
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Alverçilərə pis xəbər — Maşında problem çıxsa...
Xaricdən avtomobil sifariş etmək istəyənlər üçün VACİB XƏBƏR
Bu şəxslər maşın sürərkən təhlükəsizlik kəməri taxmaya bilərlər
Yeni nəsil nəqliyyat vasitələrində gözlənilməz zəiflik aşkarlandı - Süni intellekt əsaslı ...
Avtomobil akkumulyatorunun ömrünü necə uzatmaq olar?
"BMW" və “Mercedes”lərin satışlarının qadağan edilməsi istənilir
Maşın nömrələrini gizlədən qurğu - Alanları hansı cəza gözləyir? - VİDEO
Avtomobil almaq istəyənlərin nəzərinə: Aldadıla bilərsiniz - VİDEO
Dilerlər bu ölkədən avtomobil tədarükünü dayandırdı - Konkret tarix ...








