Avtomobil idxalı artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 1 003 ədəd avtomobil idxal olunub. Avtosfer.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 182 ədəd yaxud 22,17% çoxdur. Hesabat dövründə ölkəyə gətirilmiş avtomobillərin 852-si və yaxud 85%-ni əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri təşkil edib. Son bir ildə bu növ avtomobillərin idxalı 115 ədəd yaxud 15,6% artıb. Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 4 ədəd və yaxud 44,4% azalaraq 5-ə düşüb, yük avtomobillərinin idxalı isə 72 ədəd və yaxud 2,1 dəfə artaraq 139-a çatıb. Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalında isə azalma olub və bu rəqəm ötən ilin yanvar-fevralı ilə müqayisədə 1 ədəd və yaxud 12,5% azalaraq 7 olub.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












