Avtomobil satarkən diqqətli olun! - VİDEO

Əslində Cabbar Şükürovun başına gələn hadisə ilk deyil. Bu hallar banklarda böyük problemə çevrilib. Avtosfer.az xəbər verir ki, kreditdə olan avtomobilləri etibarnamə ilə alan şəxslər ödəniş etmədikdə, avtomobilin əsas sahibinin kredit tarixçəsi korlanır. Bəzən etibarnamə ilə maşını alanlar düşünür ki, "onsuz da avtomobil onun adına deyil, gecikmə əsas sahibinin adına yazılır".
Ekspertlərin sözlərinə görə, belə halların baş verməməsi üçün avtomobil sahibi alıcını dəqiq araşdırmalıdır. Ekspertin dediyi kimi, müştəri aylıq gəlirini göstərib avtomobili aldıqdan sonra da ödəniş etmirsə maşının əsas sahibi etibarnaməni ləğv edib avtomobili banka təhvil verə bilər. Bundan başqa kredit tarixçəsinin pozulmasında rolu olan, yəni avtomobili etibarnamə ilə alan şəxsi məhkəməyə verib dəymiş ziyanı ondan ala da bilər.
Qəsdən bu addımı atan şəxslər, digər vətəndaşın hüquqlarını pozduqlarına görə məsuliyyətə də cəlb oluna bilərlər. Kredit ödənilmədikdə, bank avtomobili satışa çıxarır. Məsələn: avtomobilin qiyməti 6 min, borc 8 min manatdırsa, bu zaman qalan məbləği banka avtomobili son alan şəxs ödəyir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












