Reklam

Avtomobil sığortası ilə bağlı VACİB XƏBƏR – 50 min manat məbləğində...

Avtoxəbər 30 Avqust 2024 22:39 Oxunub 10564
Avtomobil sığortası ilə bağlı VACİB XƏBƏR – 50 min manat məbləğində...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bəzi hallarda qeyri-qəza hadisələri zamanı avtomobilə ciddi zərər dəyə bilər. Hansısa ağacın aşması, yad cismin toxunması və ya üçüncü şəxslərin bilərəkdən müdaxiləsi halında maşın müxtəlif hissələri yararsız hala düşür. Bəs görəsən, belə hallarda dəyən zərər sığorta şirkəti tərəfindən qarşılanırmı? 

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Yenisabah.az-a danışan sığorta məsələləri üzrə ekspert İlkin İbrahimv bildirib ki, belə hadisələr zamanı dəymiş zərər icbari sığorta tərəfindən qarşılanmır:

“Avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə, məcburi sığorta növü qarşı tərəfə, yəni sığortalanan avtomobilin sahibinin üçüncü şəxslərə dəyən ziyanı əmlaka dəymiş ziyan üzrə 5 min manat, vətəndaşlara dəymiş ziyan üzrə isə maksimum 50 min manat məbləğində sığorta kompensasiyası nəzərdə tutulur. Əgər avtonəqliyyat vasitəsinin üzərinə ağac aşarsa və ya hansısa cisim düşərsə, bu icbari sığorta növü üzrə qarşılanmır. Vətəndaş belə halların baş verməsi zamanı sığorta kompensasiyası almaq istəyirsə, o zaman könüllü sığorta, yəni kasko sığorta etdirməlidir. Belə olduqda, sığorta kompensasiyası ala bilərsiniz”. 

Ekspert vətəndaşların belə hadisələrə qarşı kasko sığortasına müraciət etməli olduğunu diqqətə çatdırıb:

“Avtomobilin üzərinə ağac aşması və yaxud qəsdən üçüncü şəxslərin hansısa hərəkəti zamanı, kasko sığortası üzrə sığortalama həyata keçirilir. Bu zaman vətəndaş sığorta riski üzrə nə qədər kompensasiya veriləcəyi kaskoya ödənilən pulla bağlı olur. Burada risk qiymətləndirilir və konkret olaraq sığorta hadisəsi zamanı şərtsiz azadolma məbləği çıxılır. Məsələn, vətəndaşın 10 min manatlıq avtomobili varsa, qiymətin 2.5-4 faizi qədər, yəni 250-400 manat məbləğində sığortalanıbsa və hansısa qəza zamanı 1000 manat ödəniş olunmalıdırsa, bu zaman 200 yaxud 500 manat çıxılır, qalan məbləğ verilir. Vətəndaş avtomobilini hər hansı bir servisdə, özünün gətirdiyi zərər aktı əsasında təmir etdirəcəksə, mütləq şəkildə onu sığorta şəhadətnaməsində yazıdırmalıdır. Bunun yazılması üçün də sığorta riski olaraq, əlavə ödəniş edilməsi tələb edilir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh